Rusiya terrorizmin sponsorları siyahısına daxil edilə bilər


ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem Ukraynadakı vəziyyətə görə Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına əlavə etmək üçün yeni qətnamə təqdim ediblər.


Senatorlar bu addımı Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya etdiyi rəsmi səfərdən sonra atıblar.

“Biz bunun üçün çalışacağıq, bizim başqa tərəfdarlarımız da var və bu, prioritetdir. Mən Rusiyanın Ukraynada nə etdiyini şəxsən görmüşəm”, - deyə Riçard Blumental bildirib. O, həmçinin hesab edir ki, Birləşmiş Ştatlar beləliklə Rusiya Federasiyasına təsir etmək üçün ikinci cəbhə aça biləcək.

Bundan əlavə, senator Amerika hakimiyyətinin yay və payızda hərbi potensialın artırılmasına, habelə Rusiya iqtisadiyyatına və Rusiyada biznesin aparılmasına qarşı daha aqressiv hərəkətlərə diqqət yetirməli olacağına diqqət çəkib. O, Amerika administrasiyasının nümayəndələri ilə təşəbbüslə bağlı danışıqlar apardıqlarını açıqlayıb. "Mən administrasiya ilə bu qətnamə ilə bağlı danışmışam və onlar bizim məqsədlərimizə həqiqətən də rəğbət bəsləyirlər. Biz bəzi detallar üzərində işləyirdik, hələ də onların üzərində işləyirik, amma düşünürəm ki, davam etməliyik", - deyə senator qeyd edib.

Lindsi Qrem təklif olunan tədbiri təxribat hesab etmdəyiyini deyib. O, həmçinin bəyan edib ki, ABŞ rəsmiləri Rusiyanın KXDR ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi bağlaması fonunda belə bir addım atmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu