Beynəlxalq Məhkəmə Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıb


Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.


AFN.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. "Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası iki şəxs - Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb" - deyə məlumatda qeyd edilir. Onların 10 oktyabr 2022-ci il tarixindən 9 mart 2023-cü il tarixədək Ukraynada törədilmiş beynəlxalq cinayətlərə görə ittiham edildiyi bildirilir.

Şoyqu və Gerasimov Ukrayna ərazisindəki hədəflərə zərbə endirməkdə “məsuliyyət daşıyırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu