Çində raket sınağı uğursuz başa çatıb - VİDEO

Çinin Henan əyalətində keçirilən raket sınağı uğursuz başa çatıb.
“Tianlong-3” adlı raket sınaq zamanı buraxılış meydançasından çıxdıqdan qısa müddət sonra yerə düşüb və partlayıb.
Raket texnologiyasının inkişafı üzərində çalışan aviasiya şirkəti "Space Pioneer" tərəfindən verilən açıqlamaya görə, "Tianlong-3" adlı raket sınaq zamanı normal şəkildə atıldıqdan sonra struktur nasazlığı səbəbindən buraxılış meydançasını tərk edib.
Nasazlıqdan sonra raket səmaya qalxıb və Gongyi şəhərinin dağlıq ərazisinə düşərək partlayıb. "Space Pioneer" ilkin araşdırmadan sonra itkilərin olmadığını bildirib.
Mənbə: İHA