Keniyada qızıl mədənində çökmə: 5 işçi öldü


Keniyada qızıl mədəninin dağıntıları altında qalan 5 işçi ölüb.

Yerli mətbuatın məlumatına görə, ölkənin qərbində Tanzaniya ilə sərhəddə yerləşən Miqori bölgəsində qızıl mədəni çöküb. Yerin altında qalan 5 işçi həyatını itirib.

Çökmə zamanı 18 işçinin olduğu mədəndə 13 işçi sağ qalıb, yaralılar xəstəxanaya çatdırılıb.

Hökumət qəza ilə bağlı araşdırmalara başladığını açıqlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu