Bakıdan İstanbula uçan təyyarə texniki səbəblərə görə geri qayıtdı


"Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.


AZAL-ın yaydığı məlumata görə, təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Məlumata görə, sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər: "Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu