Avstraliya Ukraynaya ən böyük hərbi yardım tranşını açıqlayıb


Avstraliya hökuməti Ukraynaya 250 milyon dollar məbləğində hərbi yardım açıqlayıb.


AFN.az xəbər verir ki, bu indiyədək Avstraliyanın Ukraynaya ən böyük yardım tranşıdır.

Yardım paketinə raketdən müdafiə sistemləri üçün raketlər, aviasiya üçün hava-yer silahları, tank əleyhinə silahlar, eləcə də artilleriya üçün sursatların daxil olacağı vurğulanır.

Bununla da Avstraliyanın Ukraynaya hərbi yardımının ümumi həcmi 1,1 milyard dollara çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu