Almaniyada nəhayət 2025-ci il büdcə layihəsi və artım paketi təsdiqlənib


Almaniyada Nazirlər Şurası koalisiyanı quran partiyalar arasında həftələrlə davam edən gərgin müzakirələrdən sonra 2025-ci il federal büdcə qanun layihəsini və iqtisadi artım paketini təsdiqləyib.


Almaniya Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Nazirlər Şurası 2025-ci il federal büdcə layihəsini, 2028-ci ilə qədər borc əyləcinə riayət etməyi hədəfləyən maliyyə planını və iqtisadi təşviq paketini təsdiqləyib.

Gələn il üçün xərc və gəlirlərin 480,6 milyard avro olacağı proqnozlaşdırılan büdcədə investisiyaların 78 milyard avro olacağı təxmin edilir. Qanun layihəsində xalis borclanmanın 2025-ci ildə 43,8 milyard avro olacağı, 2026-cı ildə isə 38,6 milyard avroya qədər azalacağı gözlənilir.

Almaniya hökuməti "Growth Initiative - New Economic Dinamics for Germany" adlı artım paketi ilə iqtisadiyyatı stimullaşdırmağı hədəfləyir.

Paketə rəqabət qabiliyyətinin gücləndirilməsi, bürokratiyanın azaldılması, daha yaxşı əməyin stimullaşdırılması, güclü iqtisadiyyat üçün səmərəli maliyyə mərkəzi və sabahın iqtisadiyyatı üçün səmərəli enerji bazarı kimi beş istiqamət üzrə 49 tədbir daxildir.

Paketdə Almaniya vətəndaşları üçün gəlir vergisinin azaldılmasının 2025 və 2026-cı illərdə 23 milyard avroya çatacağı proqnozlaşdırılır.

Almaniyanın maliyyə naziri Kristian Lindner mövzu ilə bağlı qiymətləndirməsində 2025-ci il büdcəsinin Almaniyanın təhlükəsizlik, təhsil, infrastruktur və innovasiya və iqtisadiyyatının transformasiyasına rekord səviyyədə investisiyalar daxil olduğunu deyib.

Almaniyanın üç partiyalı koalisiya hökuməti, ölkənin bəzi xərclərini məhdudlaşdıran konstitusiya borcunu yumşaltmaq məsələsində aylardır mübahisə edir.

Bu büdcənin təsdiqi gələcək ixtisarlar və xərcləmə planları ilə bağlı fikir ayrılıqlarının həllinə yönəlmiş uzunmüddətli məsləhətləşmələrdən sonra baş verdi.

Bu arada Almaniya mətbuatında yer alan xəbərlərdə Almaniyanın gələn il Ukraynaya hərbi yardımını yarıya endirəcəyi xəbəri yayılıb. Almaniya hökumətinin büdcə layihəsinə görə, Almaniyanın Ukraynaya yardımı 2024-cü ildə təqribən 8 milyard avro, 2025-ci ildə isə 4 milyard avroya enəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu