İranın bəzi əyalətlərində bal arılarının 80 faizi yoxa çıxıb


İranın qərbi və cənub-şərqindəki bəzi əyalətlərə təsir edən toz fırtınaları nəticəsində son illərdə İlam vilayətində bal arılarının 80 faizi yoxa çıxıb.



İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Xuzistan əyalətinin baş direktoru Davud Mirşəkər bildirib ki, son illərdə Xuzistan, Kirmanşah, İlam, Hörmüzqan və Cənubi Xorasan vilayətlərində baş verən toz fırtınaları böyük fəsadlar törədib, insan və heyvanların tələf olmasına səbəb olub.

Təkcə bu əyalətlərdə 2018-ci ildə maddi ziyanın təxminən 6 trilyon tümən təxminən 104 milyon dollar hesablandığını bildirən Mirşəkar, "Təbii ki, bu zərər 2018-ci ilə nisbətəndir və indi bu maddi ziyan daha çoxdur" deyib.

Toz çirklənməsinin təsirləri arasında insan sağlamlığına, bitki örtüyünə, əkinçiliyə mənfi təsirləri, istehsal və qida məhsullarının azalmasının olduğunu ifadə edən Mirşəkar, “İlam vilayətində yalnız bal arıları üzərində edilən hesablamaya görə, təəssüf ki, təxminən bal arılarının 80 faizi ölüb. İlam kimi bir ərazidə yaşayan insanlar üçün bu həm sosial, həm də iqtisadi baxımdan çox ağır itkidir” deyib.

İran rəsmisi toz hissəciklərinin azaldılması və qarşısının alınması üçün təcili tədbirlərin görülməli və onlardan birinin regionda yaşıllıqların artırılması olduğunu bildirib.

İranda ölkənin bir çox şəhərləri ilin bəzi vaxtlarında qərbdən əsən güclü küləklərin daşıdığı deyilən toz təbəqələrinin yaratdığı hava çirkliliyinə məruz qalır.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu