Rusiya və Çin təyyarələri Alyaska sahillərində təlimlər keçirib

Rusiyanın "Tu-95ms" və Çinin "Hun-6k" bombardmançıları Alyaska sahillərində birgə təlimlər keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin "Tu-95ms" strateji raketdaşıyıcılarından və PLA Hərbi Hava Qüvvələrinə məxsus "Hun-6k" strateji bombardmançılarından ibarət aviaqrup Çukçi, Berinq dənizləri və Sakit Okeanın şimal hissəsi sularında hava patrulları həyata keçirib" - deyə açıqlamada bildirilir.
Müdafiə Nazirliyinin məlumatına o da əlavə edilib ki, uçuşun ümumi müddəti beş saat olub. Eyni zamanda bəzi ərazilərdə Rusiya və Çin təyyarələri xarici ölkələrin təyyarələrini müşayiət edib.