Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı rəsmi açıqlama


İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Nazirliyin açıqlamasında qeyd edilib ki, sürücü H.Zahidov idarə etdiyi "Opel" markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan "Changan" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.

***

Avtoqəza zamanı ağır xəsarət almaqdan son anda xilas olan "Madteen" ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadənin meneceri sözügedən hadisədən danışıb.


Bu barədə Oxu.Az-a açıqlama verən Kənan Cəfərov bildirib ki, müğənninin səhhətində problem olmasa da hadisənin təsirindən çıxa bilmir:

"Hazırda vəziyyəti yaxşıdır, amma hadisənin təsirindən hələ çıxa bilməyib. Avtoyuma məntəqəsinin əməkdaşı isə ciddi xəsarətlər alıb. Başından və ayağından aldığı zədələrlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır".

***

Bakıda yol-nəqliyyat hadisəsi olub.


"Qafqazinfo" xəbər verir ki, taksi xidməti göstərən sürücü avtomobilin idarəetməsini itirərək onu başqa bir maşına çırpıb.

Park edilmiş avtomobilin arxasında duran şəxs qaça bilməyib və taksi avtomobili ona dəyib. Yaxınlıqdakı şəxs isə özünü kənara atıb, ciddi xəsarət almaqdan qurtulub.

Daha sonra məlum olub ki, o, "Madteen" ləqəbi ilə tanınan müğənni Mətin Hüseynzadədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu