Zaporojya AES-də MAQATE missiyasının növbəti rotasiyası baş tutub


Zaporojye Atom Elektrik Stansiyasında (ZNPP) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertlərinin növbəti rotasiyası baş tutub.


Bu barədə stansiyanın Telegram kanalında məlumat verilib.

“Bu gün Zaporojye AES-də Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının növbəti əməliyyat və fiziki rotasiyası baş tutub”, - deyə mesajda bildirilir.

Rotasyanın təhlükəsizliyini Rusiya Silahlı Qüvvələri Rusiya Qvardiyasının qüvvələri ilə birlikdə təmin edib. MAQATE ekspertləri 2022-ci il sentyabrın 1-dən Zaporojya AES-də işləyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu