Qrossi mayda Rusiyada Zaporojye Atom Elektrik Stansiyası mövzusunu müzakirə etməyi planlaşdırır


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi mayda Rusiyaya səfər etməyi və Rusiya tərəfi ilə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafında texniki aspektlər üzrə danışıqlar aparmağı planlaşdırır.



O, bu barədə mayın 18-də məlumat verib.

“Ola bilsin ki, ayın sonuna yaxın olacaq. Ümid edirəm ki, Zaporojye Atom Elektrik Stansiyası üzrə texniki danışıqların növbəti raundunu keçirə biləcəyəm ”, - o, RİA Novosti-yə aydınlıq gətirib.

Onun sözlərinə görə, Rusiyanı "Rosatom"un rəhbəri Aleksey Lixaçev təmsil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu