Qrossi Zaporojye Atom Elektrik Stansiyasında hərbi aktivliyin artdığını açıqlayıb


Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) zonası hərbi əməliyyatların intensivləşməsi səbəbindən risk altındadır.


AFN.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi məlumat verib.

“Sahədəki MAQATE ekspertləri təhlükəsizlik prinsiplərinə riayət olunması barədə mənə hesabat verəcəklər və mən hər hansı pozuntular barədə açıq məlumat verəcəyəm. Bu prinsiplər zəruridir, çünki Zaporijjya AES son aylarda hərbi əməliyyatların intensivləşməsi səbəbindən getdikcə daha çox risk altındadır”, - deyə o, MAQATE-nin Rəhbərlər Şurasının açılış sessiyasında bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu