Sənan Süleymanov bürünc medal uğrunda mübarizə aparacaq


Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.


"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Demeu Jadrayevlə üz-üzə gəlib.

Rəqibinə 1:6 hesabı ilə məğlub olan Süleymanov üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, ötən gün digər güləşçimiz Sabah Şəriəti (130 kq) yarımfinalda uduzaraq bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Paris-2024 avqustun 11-də başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu