Qazaxıstanın keçmiş daxili işlər naziri 2022-ci il iğtişaşlarına görə cəzalandırılıb


Qazaxıstan paytaxtının Rayonlararası Cinayət Məhkəməsi keçmiş daxili işlər naziri Erlan Turqumbayevi ağır nəticələrlə bitən 2022-ci ilin yanvar iğtişaşları zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.


AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən bildirilib.

"Məhkəmənin hökmü ilə Turqumbayev cinayət törətməkdə təqsirli bilinərək 10 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Turqumbayevə qarşı korrupsiya cinayətinin əlamətləri olmadığından, ona verilən cəzanın şərti hesab edilməsinə qərar verilib. Məhkəmə məhkumun günahını etiraf etməsini, səmimi peşmanlığını və ilk dəfə cinayət törətməsini nəzərə alıb”.

Bundan başqa, məhkəmə Turqumbayevin xüsusi ad və dövlət mükafatlarından məhrum edilməsi ilə bağlı Qazaxıstan prezidentinə təklif təqdim etmək qərarına gəlib. Hökm qanuni qüvvəyə minməyib.

Aprelin 30-da Qazaxıstanın Baş Prokurorluğu Turqumbayevin yanvar iğtişaşları zamanı ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanıldığını açıqlayıb. Turqumbayev 2019-cu ilin fevralından 2022-ci ilin fevralınadək respublikanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu