Harris seçici dəstəyinə görə Trampı sürətlə qabaqlayır

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris amerikalılar arasında dəstək baxımından Respublikaçı namizəd Donald Trampı 5 faiz qabaqlayır.
"Reuters" xəbər verir ki, bunu "Ipsos" sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Araşdırmaya görə, respondentlərin 42%-i Harrisə, 37%-i isə Trampa səs verməyə hazırdır. Seçicilərin daha 4%-i müstəqil namizəd Robert Kennedini dəstəkləmək niyyətindədir.
Harrisin dəstək səviyyəsi iyul ayında keçirilən oxşar sorğu ilə müqayisədə 5 faiz bəndi artıb.
Sorğu avqustun 2-dən avqustun 7-dək 2 mindən çox amerikalı seçici arasında aparılıb. Səhv ehtimalı 3 faizdir.