İrlandiya bayraqdarı Senada üzdükdən sonra xəstəxanaya aparılıb


İrlandiya bayraqdarı Daniel Viffen Parisdə keçirilən Olimpiya Oyunlarında Sena çayında üzdükdən sonra xəstəxanaya yerləşdirilib.


Bu barədə "RMC Sport" xəbər yayıb.

İdmançı bu səbəbdən bağlanış mərasimində iştirak edə bilməyəcəyini bildirib. "Mən inanılmaz dərəcədə məyus oldum" - deyə o bildirib.

Viffen Sena çayında 10 kilometrlik açıq su üzgüçülüyündə iştirak etdikdən sonra xəstələnib. Üzgüçü yarışda 18-ci yeri tutub.

Əvvəllər də bir neçə triatlonçu Senada üzdükdən sonra sağlamlıqla bağlı mənfi nəticələrlə üzləşdiyini açıqlamışdı. Qazaxıstan nümayəndəsi Yekaterina Şabalina evə qayıtdıqdan sonra özünü pis hiss etdiyini və antimikrob dərmanlar qəbul etməyə başladığını etiraf edib. Belçikalı triatlonçu Kler Mişeldə xəstəxanada E.coli diaqnozu qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu