Abşeronda harda boş yer varsa, satılır - jurnalist Abdin Fərzəliyevi sərt tənqid etdi


İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyəndə rayonda vəziyyət ürəkaçan deyildi. Mediaya nəzər salsanız görəcəksiniz ki, onun fəaliyyəti barədə çoxsaylı tənqidi yazılar var. İradə Gülməmmədova işdən çıxarıldıqdan sonra düşündük ki, onun yerinə təyin olunan Abdin Fərzəliyev heç olmasa xırda problemləri həll edəcək.


AFN.az xəbər verir ki, bunu jurnalist Arifə Əliyeva sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, Abdin Fərzəliyevin də icra başçısı kimi Nərimanov rayonundakı fəaliyyəti İradə Gülməmmədovadan fərqlənmirdi: "Amma deyirdik ki, Abşerona yeni təyinat alıb, özünün müsbət imicini formalaşdırmaq üçün az da olsa iş görər. Baş verənlər bunun əksini göstərir".
Jurnalist bildirib ki, Abdin Fərzəliyevin dövründə Abşeronda problemlər daha da dərinləşib: "Rayonda artıq səkilər satılıb. Qəsəbələrdəkı zibil problemi nəinki həllini tapıb, əksinə daha acınacaqlı vəziyyət yaranıb. Abşeronda obyekt əlindən gəzmək olmur. Harda boş yer varsa, satılır. Tikintilər necə gəldi aparılır, arxitektura qaydalarına əməl olunmur. Az qala qapımızın ağzında obyekt tikilir.
Rayondaxili yollardan danışmağa dəyməz. Rayonun işıqlandırma sistemi də bərbad gündədir. Təsəvvür edin, Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospekt tamamilə qaranlığa bürünüb. Hava qaraldısa, sənin maşın idarə etməyin də cəhənnəmə çevrilir. Burda axşamlar piyada da gəzmək mümkün deyil. Çunki küçə itlərinin hücumuna məruz qalırsan. Bir sözlə yaşamaq çətindir!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu