Yunanıstanda 80 yaşlı şəxs yanğın törətdiyinə görə saxlanılıb

Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Glika Nera bölgəsində 80 yaşlı şəxsin qəsdən 4 yanğın törətdiyi səbəbiylə nəzarətə alındığı bildirilib.
Yunan mətbuatında çıxan xəbərdə sözügedən şəxsin avqustun 11-də ard-arda baş verən yanğınlarla bağlı nəzarətə alındığı, şübhəlinin sabah prokurorluğa ifadə verəcəyi qeyd edilib.
Sözügedən tarixdə Glika Nerada 4 yanğın törətdiyi təsbit edilən 80 yaşlı şübhəlinin avtomobilində boş benzin qutuları tapılıb.
Təhlükəsizlik kamerası görüntülərində şübhəlinin quru otların içinə yanar material atdığı görünür.
Mənbə: AA