Heç vaxt hərbçilərimə ölkədən kənarda döyüşməyi əmr etməyəcəm - Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, belarus hərbçilərinə ölkədən kənarda döyüşmək əmri verməyib və verməyəcək.


"Ölkəmizin hüdudlarından kənara çıxmaq üçün heç bir əmr olmayıb və olmayacaq da, onlar bizə pis niyyətlə gələndə mübarizə aparacağıq", - deyə Lukaşenko cari məsələlərlə bağlı rəsmilərin hesabatını dinləyən zaman bildirib.

BELTA Agentliyinin məlumatına görə, Lukaşenko Ukrayna böhranından danışarkən müvafiq bəyanatla çıxış edib: “Məni pis hiss etdirən şey oxuduqlarım, dünya mediasının rəyləridir. Lukaşenko budur, Lukaşenko odur. Sabah tapmaca yayacaqlar, orda adım olacaq. Lukaşenko əmr verir, hərbçilər filan yerə gedir. Özlərindən çıxarırlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu