Banqladeşdə daşqınlarda ölənlərin sayı 52-yə yüksəlib


Banqladeşdə leysan yağışlar nəticəsində baş verən daşqınlarda həyatını itirənlərin sayı 52-yə yüksəlib.



"Dhaka Tribune" qəzetinin məlumatına görə, Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqın fəlakətinin son vəziyyəti ilə bağlı hesabat dərc edib.

Hesabatda daşqının ölkə daxilində 5 milyon 400 mindən çox insanın təsirləndiyi, daşqınlar nəticəsində ölənlərin sayının isə 52-yə yüksəldiyi bildirilib.

Məlumatda bildirilib ki, Mulvibazar bölgəsində seldə itən şəxs hələ də tapılmayıb.

Bildirilib ki, 595 həkim briqadası daşqından zərər çəkmiş ərazilərdə yerlərdə xidməti vəzifələrini davam etdirir.

Digər tərəfdən, ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgədə 3403 müvəqqəti sığınacaqda 500 mindən çox insan yerləşdirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu