“Nəzakətli” oğru bişirib yedi, təmizlədi, qeyd qoyub getdi


ABŞ-ın paytaxtı Vaşinqtonda “nəzakətli” bir oğru evə pəncərəni sındıraraq daxil olub, axşam yeməyi bişirib, qab-qacaq yuyub, duş qəbul edib və qeyd qoyub.


Vaşinqtonda baş verən maraqlı oğurluq hadisəsi həm polisi, həm də məhəllə sakinlərini təəccübləndirib. Oğurluq hallarının adətən əşyalar yoxa çıxması ilə diqqət çəkdiyi məlum olsa da, bu dəfə oğru ev sahiblərindən fərqli olaraq evi təmizlik edərək tərk edib.

Eddi Andujonun evinə mətbəxin pəncərəsini sındıraraq daxil olan oğru əvvəlcə özü üçün yemək bişirib, sonra qabları yuyub, hətta Andujonun paltarlarını qatlayıb.

Oğru heç nə oğurlamadan evdən çıxıb, ancaq arxasında üzrxahlıq məktubu qoyub. Qeyddə "Yemək lazım idi. Evinizə girdim. Məni bağışlayın. Yeməyinizi yedim, paltarımı yudum və duş aldım" yazılıb.

Oğru işləməyən popkorn maşını haqqında məlumatlı qeyd də qoyub.

Bölgədə analoji halların artması ilə əlaqədar olaraq polis K9 itləri ilə şübhəli şəxsi axtarsa ​​da, nəticə verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu