Telegram şəxsi söhbətləri idarə etməyə başlayır


Telegram messencerinin həmtəsisçisi Pavel Durov Fransada saxlanıldıqdan sonra təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderatorluğuna başlamaq niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Onun sözlərinə görə, Telegram cümə axşamı özünün "Tez-tez verilən suallar" (FAQ) səhifəsindən şəxsi çatların moderasiya sorğularından qorunduğuna dair məlumatları silib. “Bütün Telegram proqramlarında qanunsuz məzmunu moderatorlarımıza bildirməyə imkan verən “Şikayət et” düyməsi var”, - deyə messencerin yenilənmiş bölməsində bildirilir. Bundan əlavə, tez-tez verilən suallar səhifəsində Telegram, moderatorlara link əlavə etməklə məzmunun silinməsi üçün sorğu göndərə biləcəyiniz e-poçt ünvanı təqdim edib. Eyni zamanda, portal qeyd edir ki, platforma moderasiya siyasətində dəyişiklikləri açıq elan etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu