Britaniya Estoniyada həbsxana icarəyə götürə bilər


Böyük Britaniyada hökumətinin həbsxanalardakı ciddi doluluq nisbətinə görə Estoniyada həbsxana icarəyə götürə biləcəyi bildirilir.


"Daily Telegraph" qəzetində yer alan xəbərdə Estoniyanın cinayət nisbətlərinin aşağı olması səbəbindən həbsxanalarındakı ehtiyat tutumu başqa ölkələrə icarəyə verməyi təklif etdiyini açıqladıqdan sonra İngiltərə Ədliyyə Nazirliyinin bu variantı nəzərdən keçirdiyi bildirilib.

Xəbərdə İngiltərə və Uelsdə məhkum olunmuş cinayətkarların həbsxanaların yarısının boş olduğu Estoniyaya göndərilə biləcəyi, İngiltərənin bu ölkəyə 25 milyon lirəlik dəstək verə biləcəyi qeyd edilib.

Nəşrin məqaləsində hökumət mənbələrinə istinadən həbsxanalardakı ciddi doluluq nisbəti səbəbiylə mübahisəli həll masadadır deyə bildirilib.

Estoniyanın ədliyyə naziri Liisa Pakosta da "Telegraph"a deyib: “Böyük Britaniya və Estoniyanın uğurlu beynəlxalq əməkdaşlıq tarixi var və belə tərəfdaşlıq bir-birindən faydalanmaq və öyrənmək üçün daha çox imkanlar yaradacaq”.

Britaniyanın daxili işlər nazirinin müavini Angela Eagle "Sky News"da verdiyi açıqlamada məsələyə dair şərh verməkdən imtina edərək bildirib ki, bu məsələ onun səlahiyyətində deyil. "Əminəm ki, həmkarlarım həbsxanalarda, həbsxana xidmətlərində və ümumiyyətlə əvvəlki hökumətin cinayət ədliyyə sistemində qaldığımız böhranla mübarizə aparmaq üçün hər hansı bir addım atmağı düşünürlər" - deyə Eagle qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu