11 sentyabr terror qurbanları arasındakı kamikadzelər...


ABŞ Məxfi Xidməti 2001-ci il sentyabrın 11-də terror aktı törədən kamikadzeləri faciə qurbanlarının xatirəsinə həsr etdiyi mesajda səhvən faciə qurbanları sırasına daxil edib.


AFN.az xəbər verir ki, bu barədə "Daily Caller" portalı məlumat yayıb.

“Qərargahımızda asılan bayraq 11 sentyabr faciəsinin kədərli xatırlatması, azadlıq və fədakarlıq rəmzidir. Bütün 2996 qurbanın xatirəsini ehtiramla yad edirik”, – deyə portal hadisənin ildönümü münasibətilə dərc olunmuş mesajdan sitat gətirir. Eyni zamanda qeyd edir ki, terror aktında ölənlərin sayına hadisəni törədən “Əl-Qaidə” terror qruplaşmasının 19 kamikadzesi daxildir. Çünki baş vermiş terror aktında 2977 nəfər faciə qurbanı olub. 2996 nəfər isə ümumilikdə hadisə zamanı həlak olanların siyahısıdır. Portaldankı materialda bildirilir ki, Məxfi Xidmət həmin gün səhvlə yazılan yazını silərək, onu düzəldilmiş versiya ilə əvəzləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu