Əksər amerikalılar AI-nin etibarlı seçki məlumatı vermədiyini düşünür


ABŞ-da böyüklərin təxminən üçdə ikisi süni intellektlə işləyən alətlərin noyabrın 5-də keçiriləcək prezident seçkiləri haqqında etibarlı məlumat vermədiyinə inanır.



Associated Press-NORC İctimaiyyətlə Əlaqələr Araşdırma Mərkəzi və USAFacts tərəfindən iyulun 29-dan avqustun 8-dək aparılan sorğuda 1019 böyükdən süni intellektlə dəstəklənən robotlara etibar edib-etmədikləri soruşulub.

İştirakçıların əksəriyyəti iş və şəxsi həyatlarında süni intellekt dəstəkli chatbotlar və axtarış sistemlərindən istifadə etsələr də, süni intellektdən istifadə ilə bağlı şübhələrin davam etdiyi müşahidə edilib.

Sorğuda iştirak edənlərin təxminən üçdə ikisi süni intellektlə işləyən vasitələrin prezident seçkiləri ilə bağlı etibarlı və faktlara əsaslanan məlumat vermədiyini düşünür.

İştirakçıların yalnız 16 faizi süni intellektin seçkilərlə bağlı dəqiq məlumat əldə etməyi asanlaşdıracağı, 8 faizi isə "ChatGPT" kimi süni intellekt chatbotlarının yaratdığı seçki nəticələrinin real məlumatlara əsaslandığı fikrini bölüşüb.

Sorğuda iştirak edənlərin yalnız 12 faizinin "Google" kimi süni intellektlə dəstəklənən axtarış sistemlərinin seçki ilə bağlı tapıntılarının real məlumatlara əsaslandığına inandığı məlum olub.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu