Avropada güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı artır


Avropa ölkələri Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağışları və fırtınaların yaratdığı daşqınlarda həyatını itirənlərin sayı 15-ə yüksəlib.



AFN.az xəbər verir ki, Avropaya təsir edən güclü yağışlar və tufanlar bütün qitədə geniş daşqınlara səbəb olub.

Rumıniyada ölənlərin sayının 6 olduğu açıqlanıb. Polşada daşqınlar nəticəsində həyatını itirənlərin sayının 5-ə yüksəldiyi bildirilib.

Avstriyada 3 nəfər, Çexiyada isə daşqınlar nəticəsində 1 nəfər ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu