İran Rusiyaya raket tədarük ütmir - Pezeşkian


İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə tə
min etmir.

Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra keçirdiyi ilk mətbuat konfransı zamanı deyib.

“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən (Məsud Pezeşkianın prezident seçkilərində qələbəsindən sonra İranda yeni hökumətin qurulması nəzərdə tutulur – red.) heç bir silah ötürülməyib”, - deyə o bildirib.

İran prezidenti əlavə edib ki, ölkəsi həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub: “Rusiya niyə müharibəyə başladı deyə soruşursuz, onu da soruşun ki, NATO öz sərhədlərini niyə genişləndirmək istəyir?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu