Durovun Rusiya hakimiyyəti ilə təmaslara maraq göstərmədiyi bildirilir
Fransa hakimiyyəti Rusiya tərəfinə Telegram-ın həmtəsisçisi Pavel Durovun Moskva ilə təmaslara maraq göstərmədiyini bildirib.
AFN.az xəbər verir ki, bunu Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov “Rossiya-24” telekanalının efirində deyib.
“Fransızlar Durov mövzusuna Fransa dövləti ilə onun vətəndaşı arasında münasibət kimi yanaşırlar. Ona görə də müvafiq materialların təqdim edilməsi ilə bağlı dəfələrlə müraciət etməyimizə baxmayaraq, bizə rədd cavabı verilib. Eyni zamanda deyilib ki, Durov bizimlə təmaslara maraq göstərmir”, – deyə diplomat bildirib.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Le Burje hava limanında saxlanılıb.