Sərnişinin yeməyindən siçovul çıxdı - Təyyarə təcili eniş etdi


Skandinaviya Hava Yollarına (SAS) məxsus təyyarə sərnişinin yeməyində siçan çıxdığı üçün təcili eniş edib.



Beynəlxalq mətbuatda yer alan xəbərə görə, sentyabrın 18-də Oslo-Malaqa reysini həyata keçirən “SK4683” uçuşunu həyata keçirən SAS təyyarəsində sərnişinin yeməklərində siçan tapılıb.

“A320-200” model təyyarədə yemək xidməti zamanı sərnişinin yeni açılan yemək nimçəsindən siçan tullanıb və daha sonra sərnişin salonunda gözdən itib.

Vəziyyəti təhlükəsizlik riski kimi xarakterizə edən uçuş heyəti təyyarəni hərtərəfli kabin yoxlaması üçün Danimarkanın paytaxtı Kopenhagenə yönəltməyə qərar verib.

Hadisədən sonra SAS sərnişin təyyarəsi Kopenhagendə məcburi eniş edib.

SAS sözçüsü Oystein Şcmidt verdiyi açıqlamada, "Bizim prosedurlara uyğun olaraq təyyarədə dəyişikliklər edildi" qeyd edib. O, sərnişinlərin başqa təyyarə ilə İspaniyanın Malaqa şəhərinə aparıldığını bildirib.

"Bu, çox nadir hallarda baş verən bir hadisədir. Biz təchizatçılarımızla bunun bir daha baş verməməsi üçün araşdırmanı ehtiva edən prosedurlar qurmuşuq", - Şcmidt bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu