Abşeron dairəvi dəmir yolu üzrə gedişhaqqı artırılır


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu üzrə tarifləri artırır.


Bunu Azərbaycan Dəmir Yollarının Sərnişin Daşıma departamentinin rəhbəri Azər Fərəcov deyib.

Onun sözlərinə görə, 25 sentyabrdan sərnişinlər minimum 0.40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir.

Qurum rəsmisi qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu