İsveçrədə intihar kapsulundan ilk dəfə istifadə edildi


İntihar kapsulu kimi tanınan kapsul görünüşlü cihaz ilk dəfə İsveçrədə istifadə edilib. Ölkəni şoka salan hadisədə polis 4 nəfəri saxlayıb.


İsveçrənin şimalında, Almaniya ilə sərhəddə yerləşən Şaffhauzen kantonunda istifadəçisinin intihar etməsinə imkan verən kapsul görünüşlü cihazdan ilk dəfə istifadə edilib. Polisdən verilən açıqlamada qeyd olunub ki, prokurorluq bir sıra şübhəlilər barəsində “intihara təhrik və kömək” cinayəti ilə istintaqa başlayıb. Polis, intihar kapsulundan istifadə edilən köməkli intiharın dünən Şaffhauzen kantonunun Merişausen bələdiyyəsindəki bir meşə daxmasında baş verdiyini açıqlayıb.

3D printerlə istehsal edilən və daha əvvəl heç istifadə olunmayan "Sarco" adlı intihar kapsulunun içərisində oturan şəxs düyməni basdıqda havaya azot qazı buraxmağa başlayır. Beləcə, havadakı oksigen ölümcül səviyyəyə düşdükcə, kapsulda oturan istifadəçi bir neçə dəqiqə ərzində huşunu itirir və boğularaq ölür.

İntihar kapsulu cəhdinin arxasında duran qrup "The Last Resort"un sözçüsü kapsuldan istifadə edən şəxsin immun sistemindən əziyyət çəkən 64 yaşlı amerikalı qadın olduğunu açıqlayıb.

“Ölüm insan hüququdur”u deyə özünü müdafiə edən İsveçrədə yerləşən təşkilatın sözçüsü polis tərəfindən həbs edilənlərin "The Last Resort"un vitse-prezidenti Florian Uilet, hollandiyalı jurnalist və iki isveçrəli olduğunu açıqlayıb.

"The Last Resort"un sözçüsü bildirib ki, intihar kapsulundan istifadə edərkən amerikalı qadının yanında yeganə şəxs Uilet olub. Sözçü amerikalı qadının həyatına son qoymazdan əvvəl bütün psixiatrik müayinələrdən keçdiyini bildirib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu