Los-Ancelesdə avtobus qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Polis Los-Ancelesdə bir nəfərin yaralanması ilə nəticələnən avtobusun qaçırılması hadisəsində şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə NBC məlumat yayıb.
Bildirilir ki, yaralı xəstəxanaya yerləşdirilib. Los Anceles Polis Departamentinin sözçüsü avtobus sürücüsünün SWAT qrupları tərəfindən azad edildiyini və xəsarət almadığını bildirib. İstintaq davam edir.
NBC-nin məlumatına görə, hadisə şahidləri sosial şəbəkələrdə hadisə yerindən foto və videolar yayıblar. Onlar qaçırılan avtobusu göstərir və ətrafdakı polisin şübhəlini təslim olmağa çağırdığını nümayiş etdirirlər.