Günəşdə güclü partlayış baş verib


Rusiyanın Tətbiqi Geofizika İnstitutu Günəşdə son həddən əvvəlki səviydə partlayış baş verdiyini açıqlayıb.


“Oktyabrın 1-də günəş ləkələri qrupunda rentgen diapazonunda 39 dəqiqə davam edən M7.7 məşəl aşkarlanıb”, - deyə qurumun açıqlamasında bildirilir.

Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti hərfə (güc mərhələsinə - red.) keçərkən güc 10 dəfə artır. Məşəllər adətən günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.

IPG kosmik hava monitorinqi məlumatlarına əsasən, son 24 saat ərzində günəş rentgen şüalarının yerin ionosferinə təsir səviyyəsi beş göstərici şkalasında R2 (orta) qədər artıb, burada ən yüksək göstərici R5 (ekstremal) təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu