İranda çay daşıb: 15 nəfər ölüb
İranın Kirman əyalətinin Ciroft rayonunda leysan yağışların səbəb olduğu sel nəticəsində əksəriyyəti Əfqanıstan vətəndaşı olan 15 nəfər həyatını itirib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Kirman vilayətinin Qızıl Aypara sədri Rza Fellah dünən baş verən sel fəlakəti ilə bağlı məlumat verib.
Dünən Ciroft rayonunda güclü yağış səbəbiylə çayın daşdığını, çayda olan insanların xilas edilməsi üçün işlərə başlanıldığını bildirən Fellah, 13 saatdan çox davam edən axtarış-xilasetmə işləri nəticəsində 15 nəfərin cansız bədəninin tapıldığını deyib. Onlardan biri İran, 14-ü isə xarici ölkə vətəndaşıdır.
Fellah qeyd edib ki, axtarış-xilasetmə işləri nəticəsində 2 nəfər xilas edilib.