İranda daşqın nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb


İranın Mazandaran əyalətində Tilar çayının daşması nəticəsində baş verən sel və daşqın nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.



İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.

Tilar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.

Mazenderan Qızıl Aypara Cəmiyyətinin prezidenti Qulaməli Fehari bildirib ki, 15 və 45 yaşlı 2 qadın batıb.

Fehari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu