ABŞ-da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 202-yə çatıb
ABŞ-da baş verən "Helen" qasırğasının fəsadları nəticəsində ölənlərin sayı 202-yə çatıb.
AFN.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb. Qurbanların demək olar ki, yarısı Şimali Karolina ştatında qeydə alınıb.
ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib ki, itkin düşənlərin və ölənlərin son sayını müəyyənləşdirmək hələ də davam edir.
Helen qasırğası elektrik təchizatına da ciddi ziyan vurub. "Poweroutage.us" portalının məlumatına görə, 1 milyona yaxın insan işıqsız qalıb. Onların əksəriyyəti Şimali və Cənubi Karolina ştatlarında yaşayır və Şimali Karolinada ev təsərrüfatlarının təxminən 90%-i elektrik enerjisini itirib.
Su təchizatı və kommunikasiya sistemləri, eləcə də nəqliyyat infrastrukturu ciddi xəsarət alıb.