ABŞ-da "Helen" qasırğası nəticəsində ölənlərin sayı 162-yə çatıb
ABŞ-da baş verən "Helen" qasırğasının qurbanlarının sayı artıq azı 162 nəfərdir.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Oktyabrın 1-də telekanal 130 nəfərin öldüyü barədə məlumat yayıb. Bildirilir ki, itkin düşənlərin axtarışı davam edir. Qeyd olunur ki, bu yaxınlarda Corciya ştatında bir neçə xilasedicinin, eləcə də bir qadının və onun bir yaşlı əkiz oğullarının həlak olması faktı təsdiqlənib. Ümumilikdə bu ştatda qasırğa nəticəsində artıq 25 nəfər həlak olub. Bundan əlavə, telekanalın məlumatına görə, təbii fəlakət nəticəsində Şimali Karolinada 73, Cənubi Karolinada 36, Floridada 17, Tennessidə 9, Virciniyada 2 nəfər həlak olub.
"Helen" qasırğası ABŞ tarixinə 2005-ci ildə azı 1833 nəfərin ölümünə səbəb olan "Katrina" qasırğasından sonra ikinci ən dağıdıcı qasırğa kimi düşüb.