Haitidə silahlı basqın nəticəsində 20 nəfər ölüb
Silahlı dəstənin Haitidə bir qəsəbəyə təşkil etdiyi basqın nəticəsində ən azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı açıqlanıb.
"Qran Qrif" adlı silahlı dəstə Haitinin paytaxtı Port-au-Prensdən 71 kilometr uzaqlıqdakı Artibonit bölgəsindəki Pont-Sonde qəsəbəsinə basqın edib.
Basqın zamanı aralarında uşaqların da olduğu azı 20 nəfər ölüb, 50 nəfər yaralanıb, qəsəbədəki insanlar basqın səbəbindən evlərini tərk ediblər.
Hökumətin verdiyi açıqlamada silahlı dəstə basqını qətliam kimi qiymətləndirilib.
Mənbə: İHA