ABŞ-da "Milton" qasırğası həyəcanı


ABŞ-ın Florida ştatının rəsmiləri materikə yaxınlaşan "Milton" qasırğasının 5-ci kateqoriyaya yüksəlməsindən sonra can və mal itkisini minimuma endirmək üçün ardıcıl təxliyə əmrlərini elan etməyə başlayıb. Bəzi hava limanları, xüsusilə Orlando Beynəlxalq Hava Limanı uçuşlara bağlanacaq.



Florida Fövqəladə Hallar İdarəsinin icraçı direktoru Kevin Qutri mətbuat konfransında ştat sakinlərinə 5-ci kateqoriyaya yüksəldiyi bildirilən qasırğa ilə bağlı xəbərdarlıq edərək, “Tampa Bay bölgəsindəsinizsə, evakuasiya etməyiniz lazımdır” qeyd edib.

Qutri qeyd edib ki, ərazi vaxtında tərk edilərsə, dalğaların artması səbəbindən mümkün ölüm hallarının 100 faiz qarşısı alına bilər.

Səlahiyyətlilər sözügedən evakuasiya əmrinin Florida ştatının ən azı 50 əyalətini əhatə etdiyini bildirib və əyalət sakinlərini bir neçə gün davam edəcək qida, su, dərman və batareyalardan ibarət fəlakət dəsti hazırlamağa çağırıb.

Milli Qasırğa Mərkəzi də son paylaşımlarında qasırğanın Meksika körfəzində sürətlə güclənməyə davam etdiyini paylaşıb.

Qasırğa Mərkəzi "Milton"un çərşənbə axşamı həyat üçün təhlükə yaradan böyük qasırğa kimi quruya çıxacağını və Tampa Körfəzi də daxil olmaqla bəzi ərazilərdə 3 metrdən çox dağıdıcı dalğalara səbəb ola biləcəyini proqnozlaşdırıb.

Bundan əlavə, axşam saatlarında sürəti saatda 180 mil (təxminən 290 kilometr) artan qasırğanın keçid marşrutu üzərində olan Orlando Beynəlxalq Hava Limanı başda olmaqla bəzi hava limanlarının uçuşlara bağlanacağı açıqlanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu