Naxçıvanın dotasiyası 16 milyon manat azaldıldı


Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın (transfertin yuxarı həddi) həcmi məlum olub.


Bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 320 milyon 529 min manat olacaq.

Qeyd edək ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 336 milyon 460 min manat olub.

Beləliklə, dotasiyanın həcmi 15 milyon 931 min manat, yaxud 4,7 faiz azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu