Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan şəxs hakim qarşısına çıxır


Beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilmiş Yusif Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.


“Qafqazinfo”nun məlumatına görə, toplanmış materiallar ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İşi Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər araşdıracaq.

Qeyd edək ki, Əliyev Yusif Sultan oğlu DTX tərəfindən keçirilən əməliyyatla tutulub.

İstintaqla müəyyən edilib ki, Yusif Əliyev “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradıb. Həmin qruplarda topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürülməsi işini təşkil edib.

Qeyd olunan əmələ görə, ona Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu