Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək


Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək, çünki namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməyib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman brifinq zamanı bildirib.

“İlkin məlumatlar göstərir ki, Moldova Respublikası prezidenti vəzifəsinə 11 namizəddən heç biri seçkilərdə iştirak edən seçicilərin 50%-dən çoxunun səsini toplaya bilməyib" - deyə o bildirib.

Protokolların 98,56 faizinin işlənməsinin nəticələrinə əsasən, Moldovanın hazırkı prezidenti Maya Sandu seçkilərdə 42,07 faiz, onu Moskva ilə qarşıdurma siyasətinə görə tənqid edən keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26,27 faiz faiz səs toplayıb. "Bizim Partiya"nın lideri Renato Usatii isə 13,72% səslə ilk üçlüyü qapayır.

Sonrakı yerdə müvafiq olaraq 5,44% və 4,50% səs toplayan Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah və keçmiş prokuror Viktoriya Furtuna, ardınca isə keçmiş baş nazirlər Vasili Tarlev (3,22%) və İon Çiku (2,08%) gəlir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu