Beyin ölümü keçirdiyi bilinən xəstə orqanları çıxarılmaq üzrəykən ayıldı


ABŞ-ın Kentukki ştatında bir xəstə beyin ölümü keçirdiyi səbəbindən transplantasiya üçün əməliyyata alındığı zaman ayılıb.


AFN.az xəbər verir ki, 36 yaşlı xəstə, orqanları çıxarılmaq üzrəykən oyanıb.

"Kentucky Organ Donor Affiliates" (KODA) şirkətində orqan mühafizəsi üzrə mütəxəssis kimi çalışan Nikoletta Martin ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinə yazdığı məktubda hadisəni açıqlayıb.

Məktub ABŞ-da orqan donorluğu və transplantasiyası sistemi ilə bağlı keçirilən sessiyada gündəmə gətirilib.

Xəstənin 36 yaşlı Anthoni Tomas Hoover II olduğu bildirilir. O, həddindən artıq dozada narkotik qəbul etdikdən sonra Kentukki ştatındakı Baptist Sağlamlıq Xəstəxanasına aparılıb və infarkt keçirdiyi, beyin ölümünun gerçəkləşdiyi elan edilib.

Onun orqanlarını bağışlamaq istəyinə uyğun olaraq, həyat dəstəyi dayandırılıb və orqan götürülmə prosesinə başlanılıb.

Tomasın bacısı Donna Rorer, qardaşının beyin ölümündən sonra yanında olduğunu və onun əməliyyata gedən yolda gözlərini açdığınıdeyib, lakin xəstəxana işçiləri bunun bir refleks olduğunu söyləyib.

Lakin xəstə əməliyyat masasında daha nəzərəçarpan hərəkətlər etməyə və ağlamağa başlayıb.

NPR-yə danışan orqan qoruma mütəxəssisi Nataşa Miller əməliyyatı həyata keçirən cərrahın "Mən bu işi davam edə bilmərəm" deyərək müdaxiləni sonlandırdığını bildirib.

"Xoşbəxtlikdən Tomas sağ qalıb və hazırda bacısının himayəsindədir. Lakin onun danışıq, yaddaş və hərəkət problemləri davam edir" - deyə NPR-in xəbərində deyilir.

Hadisəni ABŞ Federal Səhiyyə Resursları və Xidmətləri İdarəsi (HRSA) araşdırır.

"Baptist Sağlamlıq Richmond Xəstəxanası" NPR vasitəsilə verdiyi açıqlamada xəstələrin təhlükəsizliyinin onların əsas prioriteti olduğunu vurğulayıb.

Belə hallar beyin ölümünün dəqiq müəyyən edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir. Beyin dalğalarının ölçüldüyü elektroensefaloqramma kimi üsullar beyin ölümünü müəyyən etmək üçün çox vacibdir.

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ-da orqan transplantasiyası hələ də ciddi sağlamlıq problemidir. Ötən il ölkədə 46 mindən çox orqan transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Ancaq orqan gözləyən 100 mindən çox xəstə var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu