X Xameneinin ivritcə hesabını bağlayıb


Sosial media platforması X İran lideri Ayətullah Əli Xameneinin platformada açdığı ivrit hesabını bağlayıb.


X-da Xameneinin ivrit dilindəki hesabına daxil olmaq istəyənlər "Hesab dayandırılıb. X X qaydalarını pozan hesabları dayandırır" xəbərdarlığı ilə qarşılaşıb.

Fars, türk, ingilis, urdu və ispan daxil olmaqla bir çox dildə hesabı olan Xamneyinin başqa dillərdə hesabları olduğu görünür.

İvritcə açıqlamalar İsrailin dövlət televiziyası KAN da daxil olmaqla İsrail mediası tərəfindən paylaşılıb.

Mövzu ilə bağlı X və Xameneinin ofisindən hələlik heç bir açıqlama verilməyib.

ABŞ-da fəaliyyət göstərən X sosial media platforması bundan əvvəl də bir neçə dəfə İran liderinin hesablarını müvəqqəti olaraq dayandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu