Bankın "qara siyahısı"ndan necə çıxmaq olar?


"Tarixcəsi mənfi olan bank müştərilərinə heç bir bank borc vermir".


Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların "qara siyahı"sından çıxmağın hüququ yollarını izah edərkən deyib.

Vəkil bildirib ki, banklarda "qara siyahı" deyil, kredit tarixcəsi deyilən bir anlayış var:

"Yəni tarixi dəyişmək mümkün deyil. Kiminsə nə vaxtsa banklarda problemi olubsa, kreditlərini gecikdiribsə və s. bankın tarixcəsində qalır".

Vəkil deyib ki, banklar kredit tarixcəsi problemli şəxslərə kredit ayıra bilər: "Amma vermirlər. Kredit tarixçəsi pis, problemli olan şəxslər banklardan kredit götürə bilərlər. Kimsə girov qoya bilər, ya da onlara zamin dura bilərlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu