Boliviyada kazarmalara hücum: 200-dən çox əsgər girov götürüldü
Boliviyanın Koçabamba şəhəri yaxınlığındakı kazarmanın silahlı qrup tərəfindən ələ keçirildiyi və 200-dən çox əsgərin girov götürüldüyü bildirilib.
CNN-in məlumatına görə, Boliviyanın Koçabamba yaxınlığındakı kazarma silahlı qrup tərəfindən ələ keçirilib.
Boliviya ordusundan verilən açıqlamada qruplaşmanın çoxlu silah və sursat ələ keçirdiyi bildirilib.
Bəyanatda silahlı qrupa Koçabamba yaxınlığındakı kazarmaları dərhal və dinc yolla tərk etməyə çağırılıb və əks halda onların hərəkətlərinin ölkəyə xəyanət kimi qiymətləndiriləcəyi vurğulanıb.
Boliviya Xarici İşlər Nazirliyi hadisədə girov götürülən hərbçilərin sayının 200-dən çox olduğunu qeyd edərkən, prezident Luis Arce silahlı qrupun keçmiş prezident Evo Moralesə bağlı olduğunu iddia edib.
Ötən gün üç ayrı kazarma silahlı qruplar tərəfindən hücuma məruz qalıb və çoxlu əsgər girov götürülüb.
Mənbə: AA