Braziliya Ali Məhkəməsinin yaxınlığında kamikadze hücumu


Braziliyada Federal Ali Məhkəmənin (STF) yaxınlığında 2 partlayış səsi eşidildiyi və 1 nəfərin öldüyü bildirilib. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada partlayan bombanın kamikadze hücumu olduğu açıqlanıb.



"Agency Brasil"in məlumatına görə, paytaxt Braziliyada STF yaxınlığındakı meydanda iki partlayış səsi eşidilib və məhkəmədəkilər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Partlayışlar nəticəsində 1 nəfərin öldüyü açıqlanıb. Bölgəyə çoxlu polis və yanğınsöndürmə briqadası göndərilib.

Federal Dairə Mülki Polisi tərəfindən verilən açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Partlayış səslərinin gəldiyi yerə yaxın olan Prezident Sarayı Planalto və Milli Konqresin yerləşdiyi ərazi piyada və avtomobillərin hərəkətinə tamamilə bağlanıb.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın sözçüsü Jose Çrispiniano verdiyi açıqlamada Lulanın sarayda olmadığını açıqlayıb.

Səlahiyyətlilərdən verilən açıqlamada paytaxt Braziliyada Ali Ədalət Məhkəməsi qarşısında partlayan bombanın kamikadze hücumu olduğu bildirilib.

İlkin araşdırmalar nəticəsində ilk bombanın heykəlin içərisinə qoyulduğu və partlayıcının işə düşməsi nəticəsində hadisəni törədən şəxsin hadisə yerində öldüyü bildirilib.

Açıqlamada ikinci partlayışın park edilmiş avtomobildə baş verdiyi və iki partlayışın arasındakı əlaqənin araşdırıldığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu