KİV: Pentaqon Ukraynaya 275 milyon dollar hərbi yardım köçürəcək
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollar dəyərində hərbi yardım paketi köçürməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəşi sistemləri, həmçinin 105 və 155 mm-lik mərmilər, tank əleyhinə Javelin sistemləri, digər avadanlıq və onlar üçün ehtiyat hissələri daxil olacaq.