Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi


Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik və qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.


AFN.az-ın xəbərinə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Sako” ləqəbli Sadiq İsmayılov saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla S.İsmayılov 60 sutka inzibati qaydada həbs edilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu